PSJ və Niderland millisinin yarımmüdafiəçisi Xavi Simons İngiltərə Premyer Liqasında oynaya bilər.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, gənc futbolçunun xidmətində "Mançester Yunayted" maraqlıdır.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq 21 yaşlı yarımmüdafiəçini sərəncamında görmək niyyətindədir.
O, PSJ-dən icarəyə götürüləcək.
Simons 2023/2024 mövsümünü "Leyptsiq"də icarə əsasında keçirib. Xavi bu komandayla 43 matçda iştirak edib, 10 qol vurub, 13 məhsuldar ötürmə verib. O, 2027-ci il iyunun 30-na qədər PSJ-yə məxsusdur.
saytlarin hazirlanmasi