Almaniya millisinin sabiq üzvü Marko Roys “Trabzonspor”a keçmək istəməyib.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, o, ABŞ-da oynamağa qərar verib.
Roys “Los-Anceles Qelaksi”dən gələn təklifi müsbət dəyərləndirib.
35 yaşlı almaniyalı yarımmüdafiəçi maliyyə məsələlərində də MLS klubu ilə razılaşıb.
Yaxın günlərdə rəsmi açıqlama gözlənilir. Roys “Borussiya”dan (Dortmund)ayrıldıqdan sonra azad agent statusu daşıyırdı.
saytlarin hazirlanmasi