Almaniya millisinin və "Bayer"(Leverkuzen) klubunun müdafiəçisi Conatan Ta "Mançester Yunayted"ə keçə bilər.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi almaniyalı üçün Leverkuzen klubuna rəsmi müraciət edib.
"Bayer" isə Conatan üçün qarşı tərəfdən 50 milyon avro istəyib. 28 yaşlı futbolçu özü də "Mançester Yunayted"də oynamaq niyyətindədir.
Lakin transfer məbləği keçidin reallaşmasına mane ola bilər.
Ta 2015-ci ildə “Hamburq”dan “Bayer”ə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 353 matçda iştirak edib, 14 qol vurub və 12 məhsuldar ötürmə verib. Tanın Leverkuzen klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.
saytlarin hazirlanmasi