"Helsinki"nin baş məşqçisi Toni Korkeakunnas Azərbaycan millisinin yarımmüdafiəçisi Ozancan Kökçünün transferini dəyərləndirib.
Sportal.az xəbər verir ki, Finlandiya klubunun mətbuat xidmətinə danışan mütəxəssis “Eyndhoven”dən transfer edilmiş oyunçu haqda bunları deyib:
"Ozancan uzun müddətdir ki, Niderlandda uğurlu çıxış edirdi. Ona görə də Kökçünün komandamıza qoşulmasından çox məmnunuq. O, hücumda bacarıqlıdır, ağıllı oynayır. Üstəlik, müdafiəyə də kömək etməyi sevir. Ozan pozitiv insan və keyfiyyətli futbolçudur".
Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü “Helsinki” ilə 2,5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi