"Bavariya" klubdan ayrılmaq istəyən Alfonso Deyvislə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi kanadalı sol cinah müdafiəçisini bu yay satacaq. Bu barədə AS nəşri məlumat yayıb.
"Bavariya" klubla 1 illik müqaviləsi qalan Deyvisin qiymətini də azaldıb. Bundesliqa nəhəngi daha əvvəl 50 milyon avro tələb etdiyi oyunçunu artıq 30 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, "Bavariya" Alfonso Deyvisi 20119-cu ilin yanvar ayında "Vankuver"dən transfer edib. Kanada millisinin üzvü ötən mövsüm Almaniya təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi