"Bayer" Almaniya millisinin üzvü ilə müqavilə imzaladı

15:24 - 16 Avqust 2024

Almaniyanın "Bayer" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, son ölkə çempionu Robert Andrixin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı dayaq yarımmüdafiəçisi 2028-ci ilin yayına kimi Leverkuzen təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, "Bayer" Robert Andrixi 2021-ci ilin avqust ayında "Union Berlin"dən transfer edib. Almaniya millisinin üzvü ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti