"Bavariya"da ciddi itki: Uzun müddət oynamayacaq

19:52 - 20 Avqust 2024

Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Yosip Stanişiç sıradan çıxıb. Bu barədə klubun mətbuat xidbuat xidməti məlumat yayıb.

Xorvatiyalı sağ cinah müdafiəçisi komandanın məşqi zamanı dizindən zədə alıb. 24 yaşlı futbolçu 6-7 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Yosip Stanişiç ötən mövsüm icarə əsasında Leverkuzen "Bayer"ində çıxış edib.

Xəbər xətti