Elmar Baxşıyev: "Stadionlardan asılan feyr-pley bayrağını endirsək, daha məqsəduyğun olar"

22:59 - 24 Avqust 2024

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 4-cü turunda öz meydanında "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun alındı. Hər iki komanda meydançada mübarizlik göstərdi. Komanda şəklində bu oyunda daha üstün idik. Futbolun yazılmayan qanunları var. Düşünürəm ki, iki xalımız getdi.

- "Neftçi"nin vurduğu qolu şərh edərdiz. Roman Qriqorçuk dedi ki, bu qolda problem yoxdur. Siz necə düşünürsünüz?

- Baş məşqçinin sözlərini şərh etmək istəmirəm. Onun fikridir. Fikrimcə, stadionlardan asılan feyr-pley bayrağını endirsək, daha məqsəduyğun olar. Bir şeyə ki, riayət etmirlərsə... Biz uduzsaq da, əməl etmişik. Onları təbrik edirlər. Layiqli qoldursa, qaydalar necə tərtib olunur? Rəqibə reaksiya verirsən, qırmızı vərəqə verirlər. Heç kimi təhqir etəmişəm. Ümid edirəm ki, belə hadisələrlə rastlaşmayacağıq. Futbolçular və məşqçilərə aid olan qaydadır. Bu gün belə oldu. Ümid edirəm ki, bir daha belə hadisələr başımıza gəlməz.

- "Qəbələ"də işləyəndə futbolçularınıza və sizə qırmızı vərəqələr verilirdi. İndi də davam edir. Hakimlərlə probleminiz var? Qəribə hadisələrin yanında siz varsız...

- Problemli adam deyiləm. Emosiyalarımı özümdə saxlamıram, göstərirəm. Onu da fərqli qarşılayırlar. Heç kimi təhqir etməmişəm.

Xəbər xətti