"Əl-Hilal" fransalıya görə "Bavariya"nı razı saldı

10:49 - 28 Avqust 2024

Fransa millisinin və “Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Koman Səudiyyə Ərəbistanına yollanmağa hazırlaşır.

Sportal.az “Onefootball.com”a istinadən xəbər verir ki, fransalıya “Əl-Hilal”dan rəsmi təklif gəlib.

Əslində, klublar arasında razılıq əldə edilib. Lakin Komanın özü hələlik bu transferə razılıq verməyib.

Kinqsliyə PSJ, “Mançester Siti” və “Barselona”dan da maraq var. Münhen klubunun heyətində isə fransalı bütün turnirlərdə 296 oyun keçirib, 64 qol vurub və 66 məhsuldar ötürmə verib.

Xəbər xətti