“Bavariya”nın hücumçusu Tomas Müller Bundesliqanın 2024/2025-ci il mövsümünün 2-ci turunda "Frayburq" üzərində qələbədən (2:0) sonra təəssüratlarını bölüşüb.
Sportal.az xəbər verir ki, “AS” nəşrinə danışan almaniyalı bunları deyib:
"Baş məşqçiyə əsas heyətdə oynaya biləcəyimi sübut edirəm. Amma deyim ki, hücum xəttində çoxlu sayda yaxşı oyunçularımız var. Gələcəkdə necə olacağını görəcəyik. Məncə, insanın sadəcə dərisi qocalır. Mən də bununla mübarizə aparıram”.
2008-ci ildən “Bavariya”da oynayan 34 yaşlı hücumçu 475 matçda 150 qol vurub. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.