Azarkeşlər Mahirin komanda yoldaşını döydülər: "Bavariya" forması geyindiyi üçün

17:14 - 2 Sentyabr 2024

Almaniyanın "Nürnberq" klubunun azarkeşləri klubun futbolçusu Niklas-Vilson Sommeri döyüblər.

Sportal.az xəbər verir ki, buna səbəb 26 yaşlı sağ cinah müdafiəçisinin sosial şəbəkə hesabında "Bavariya" forması ilə şəkil paylaşmasıdır.

Fanatlar gecə saatlarında almaniyalı futbolçunu təqib ediblər. Bir neçə nəfərin hücumuna məruz qalan Niklas-Vilson Sommer xəsarət alıb.

Qeyd edək ki, Azərbaycan milli komandasının hücumçusu mahir Emreli "Nürnberq"də çıxış edir.


Xəbər xətti