"Qəbələ"də yeni hücumçu - RƏSMİ

22:14 - 4 Sentyabr 2024

2024-2025-ci illər mövsümünün startı ərəfəsində transfer çalışmalarını davam etdirən “Qəbələ” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Ruslan Voronsovun keçidini rəsmiləşdirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Ruslan bunadək “Simurq”, “Ağsu”, “Şəmkir”, “Zaqatala”, “Mingəçevir” “Qaradağ Lökbatan”, MOİK, “Karvan”, "Cəbrayıl", Şimali Kiprdə “Larnaka Gənclərbirliyi” klublarında forma geyinib.

Xəbər xətti