Çempionlar Liqası: Azərbaycan çempionu finalda

13:39 - 8 Sentyabr 2024

Varşavada (Polşa) minifutbol üzrə Çempionlar Liqası keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Birbaşa Bakı” finalda oynayacaq.

Komandamız yarımfinalda “Andezit Xust” klubunu penaltilərlə 4:3 məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə isə təmsilçimizin rəqibi Çexiyanın “Brno” klubu olacaq. 

19:00 “Birbaşa Bakı” (Azərbaycan) – “Brno” (Çexiya)

Qeyd edək ki, komandalar qrup mərhələsində üz-üzə gəlib və matç 1:1 hesabı ilə başa çatıb. 
 

Xəbər xətti