"Arsenal"dan baş məşqçi ilə bağlı qərar - RƏSMİ

17:58 - 12 Sentyabr 2024

"Arsenal" baş məşqçi Miel Arteta ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ispan mütəxəssisin müqaviləsinin müddəyini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

42 yaşlı çalışdırıcı 2027-ci ilin iyun ayınadək London təmsilçisinə rəhbərlik edəcək.

Qeyd edək ki, Mikel Arteta 2019-cu ilin dekabr ayında "Arsenal"ın baş məşqçisi vəzifəsinə təyin olunub.

Xəbər xətti