Eddi İsrafilov yeni klubunda debüt etdi

16:18 - 13 Sentyabr 2024

Azərbaycan millisinin üzvü Eddi İsrafilov Malayziyanın "Johor" klubunda debüt edib.

Sportal.az xəbər verir ki, İsrafilov "Penanq"a qarşı keçirilmiş oyunun iştirakçısı olub.

Meydana start heyətində buraxılmış yarımmüdafiəçi sona qədər oynayıb.

Görüş Eddinin komandasının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Johor" 10 turdan sonra 25 xalla liderdir. 

Xəbər xətti