"Qalatasaray"da oynamaq istəmədi, əsas komandadan qovuldu

15:49 - 14 Sentyabr 2024

"Roma" futbolçusu Nikalo Zalevskini əsas komandadan uzaqlaşdırıb.

Sportal.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Daniele De Rossi məlumat yayıb. İtalyan mütəxəssis qərarın klub rəhbərliyi tərəfindən verildiyini bildirib.

Polşalı hücumameyilli yarımmüdafiəçi klubun yeni müqavilə təklifini qəbul etməyib. 22 yaşlı futbolçu sözləşmə təklfini qəbul etsə, yenidən əsas komandaya qayıdacaq.

Qeyd edək ki, "Qalatasaray" Nikalo Zalevskini transfer etmək istəyirdi. İstanbul təmsilçisi "Roma" ilə anlaşsa da, futbolçu özü Türkiyə klubuna keçmək istəməyib.

Xəbər xətti