Adrien Rabyonun yeni klubu bəlli oldu - RƏSMİ

10:13 - 16 Sentyabr 2024

Azad agent statusunda olan Adrien Rabyonun yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, "Yuventus"dan ayrıldıqdan sonra klubsuz olan fransalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Rabyo "Marsel"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Xəbər xətti