"Qalatasaray"ın hücumçusu Viktor Osimhen vaxtından əvvəl komandadan ayrılan bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" müqavilə ilə "Napoli"yə məxsus olan nigeriyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
İngiltərə klubu "Qalatasaray"ın bir mövsümlük icarəyə götürdüyü forvardı yanvar ayında transfer etməyi planlaşdırır. "Çelsi" bunun üçün "Napoli" ilə yanaşı İstanbul təmsilçisinə də 6 milyon avro təzminat ödəmək niyyətindədir.
Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni 4 setnyabr tarixində icarəyə götürüb. 25 yaşlı forvard 2024/2025 mövsümünün sonuna kimi "sarı-qırmızılar"ın heyətində çıxış etməlidir.
saytlarin hazirlanmasi