"Turan-Tovuz"un rusiyalı yarımmüdafiəçisi Ayxan Hüseynovun Misli Azərbaycan Premyer Liqasının VI turunun "Sabah"la görüşünü (2:2) şərh edib.
Sportal.az saytına danışan yarımmüdafiəçi Kurban Berdıyevin oyunöncəsi komandaya hansı tapşırıq verməsini də söyləyib:
"Sabah" güclü komandadır. Biz də bunu yaxşı bilirdik. Kurban Berdıyev bizə tapşırmışdı ki, hər hissənin əvvəlində ayıq-sayıq olaq. Amma bunu edə bilmədik. Elə hissələrin əvvəllərində qollar buraxdıq. Buna baxmayaraq, oyuna geri döndük və hətta qələbə də qazanmaq imkanımız var idi. Üçüncü qolumuz qeydə alınmadı. Hakimlərin işi haqda danışmağı sevmirəm, amma künc zərbəsi zamanı topu xətti keçməmişdi. Hətta matçdan sonra epizodlarda topun meydanı tərk etməsinin aydın olacağı dəqiq kadr da yox idi”.