"Barselona"nın yarımmüdafiəçisi zədələndi: 3 həftə oynamayacaq

19:05 - 17 Sentyabr 2024

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Fermín Lopes sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan futbolçu komandanın bu gün baş tutan məşqində ayaq əzələsindən zədələnib. 21 yaşlı mərkəz yarımmüdafiəçisi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Fermin Lopes "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm la Liqada 3 oyunda meydana çıxıb.

Xəbər xətti