"Roma"nın yeni baş məşqçisi məlum oldu

16:39 - 18 Sentyabr 2024

Daniele De Rossini istefaya göndərən "Roma"nın yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini İvan Yuriç çalışdıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Xorvatiyalı mütəxəssislə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanacaq. "Roma" Çempionlar Liqasına vəsiqə qazansa, 49 yaşlı məşqçinin sözləşməsinin müddəti uzadılacaq.

Qeyd edək ki, İvan Yuriç son olaraq "Torino"nu çalışdırıb.

Xəbər xətti