Qadın məşqçilər üçün UEFA C kursu keçirilir

21:28 - 18 Sentyabr 2024

AFFA-nın inzibati binasının konfrans zalında qadın məşqçilər üçün UEFA C kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilir. 

Sportal.az xəbər verir ki, təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyevin rəhbərlik etdiyi məşğələ sentyabrın 20-dək davam edəcək.

Qeyd edək ki, qadınlar üçün UEFA C kateqoriyalı məşqçi kursunun I mərhələsi avqustda, II mərhələsi isə sentyabrın əvvəlində baş tutub.

Xəbər xətti