Futbol üzrə Azərbaycan 2-ci Liqasında 4-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Şəmkir" doğma meydanda "Ağdaş"ı qəbul edib. Qarşılaşma qərb bölgəsi təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 9-a yüksəldən "Şəmkir" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 1 xalı olan "Ağdaş" isə 13-cü yerdədir.
"Şəmkir" - "Ağdaş" 2:0
Qollar: V.Cəfərov, 55, 70
saytlarin hazirlanmasi