"Barselona"nın baş məşqçisi məğlubiyyəti şərh etdi: "Günahkar varsa, mənəm"

15:55 - 29 Sentyabr 2024

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandasının La Liqada ilk məğlubiyyətini şərh edib.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis 8-ci turda "Osasuna"ya 2:4 məğlubiyyəti futbolçuların yorğunluğu ilə əlaqələndirib: 

"Biz bu məğlubiyyəti qəbul etməliyik. Çox yaxşı oynamadıq. Düşünürəm ki, oyunçuları qorumaq mənim məsuliyyətimdir, çünki onlar çox oynayırlar. Amma düzünü deyim, belə oynayacağımızı gözləmirdim. Komandaya dedim ki, irəli getməliyik. Çərşənbə axşamı, bazar günü oynadıq... və hələ də düzgün yoldayıq. İlk hissədə çoxlu səhvlər etdik, amma sonda dəyişikliklərə getdik. Günahkar varsa, o mənəm. Amma mən oyunçularım qeydinə qalmalıyam. Bərpa olunmaq üçün cəmi iki günümüz var. Ümid edirəm ki, sabah başqa komanda görəcəyik”.

"Barselona" 8 turdan sonra 21 xalla liderdir. "Osasuna" 14 xalla altıncı 8-ci pillədədir.

Xəbər xətti