Almaniya mətbuatı: Kloze Emrelidən daha çoxunu istəyib

12:18 - 1 Oktyabr 2024

Almaniya mətbuatında “Nürnberq”in azərbaycanlı hücumçusu Mahir Emrelinin II Bundesliqanın 7-ci turunun “Hannover”lə oyunundakı (0:2) çıxışına münasibət bildiriblər.

Sportal.az xəbər verir ki, “Kicker” nəşri millimizin hücumçusunun Almaniya klubundakı durumundan yazıb:

"Komandanın yeni mərkəz hücumçusu, alternativ oyunçu kimi təqdim olunan Mahir Emreli debüt start matçında ilk növbədə fərqlənmədiyi üçün seçildi. Kloze ondan bir neçə dəfə daha çox iş görməsini istəməli oldu. Beynəlxalq təcrübəyə malik hücumçunun zədə səbəbindən uzun fasilədən sonra qayıtması da önəmlidir. Amma ən azından hücumun dərinliyinə enərək, açılıb top istəyərək oynaya bilərsiniz".

Xatırladaq ki, Emreli bu görüşdə 75-ci dəqiqəyə qədər oynamışdı. 

Xəbər xətti