AFFA İntizam Komitəsinin iclası keçirlib.
Sportal.az xəbər verir ki, iclasda II Liqanın V turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
30 sentyabr 2024-cü il tarixində II Liqanın V turunun “Qusar” – “Şimal” oyununun matçöncəsi iclasında qonaq komandanın nümayəndəsi iştirak etmədiyinə görə “Şimal” komandası 80 manat cərimə edilir (maddə 73.1);
1 oktyabr 2024-cü il tarixində II Liqanın V turunun “Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Kür-Araz” komandası 100 manat cərimə edilir (maddə 91);
1 oktyabr 2024-cü il tarixində II Liqanın V turunun “Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” komandası 70 manat cərimə edilir (maddə 37);
2 oktyabr 2024-cü il tarixində II Liqanın V turunun “Göygöl” – “Sheki City” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilir (maddə 37);
2 oktyabr 2024-cü il tarixində II Liqanın V turunun “Göygöl” – “Sheki City” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Göygöl” komandası 80 manat cərimə edilir (maddə 51.2).
saytlarin hazirlanmasi