Almaniyanın "Borussiya" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisinin futbolçusu Kərim Adeyemi sıradan çıxıb.
Almaniyalı vinger ayaq əzələsindən zədə alıb. 22 yaşlı ön xətt oyunçusu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Borussiya" Kərim Adeyemini 2022-ci ilin yayında "Zalzburq"dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi