İdman Arbitraj Məhkəməsi "Liverpul"un hücumçusu ilə bağlı qərar verdi

14:28 - 5 Oktyabr 2024

İdman Arbitraj Məhkəməsi (CAS) Uruqvay milli komandasının hücumçusu Darvin Nunyesin cəzasını azaldıb.

Sportal.az xəbər verir ki, "Liverpul"da çıxış edən futbolçuya verilmiş 5 oyunluq cəza endirilib. Paraqvay və Venesuela ilə matçları buraxan 25 yaşlı forvard növbəti oyunlarda komandasına kömək edə biləcək.

Qeyd edək ki, Darvin Nunyes Amerika Kubokunun Kolumbiya ilə keçirilən yarımfinal matçından sonra azarkeşlərlə dava etmişdi.

Xəbər xətti