Azərbaycanda işləmiş baş məşqçi vəfat etdi

14:56 - 5 Oktyabr 2024

"İnter"in (indiki "Şamaxı") sabiq baş məşqçisi Anatoliy Konkov dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis 76 yaşında vəfat edib. Bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Anatoliy Konkov 2004-2006-cı illərdə "İnter"in baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında 2004/2005 mövsümündə Azərbaycan Kubokunda final oynayıb. O, futbolçu karyerası ərzində "Avanqard", "Şaxtyor" və "Dinamo"da çıxış edib. Yarımmüdafiəçi mövqeyində çıxış etmiş Konkov SSRİ yığmasının heyətində 47 oyun keçirib və 8 qol vurub.

Xəbər xətti