Almaniya Bundesliqasında 6-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, son çempion "Bayer" doğma meydanda "Holştayn Kil"i qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Xallarını 11-ə yüksəldən "Bayer" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 2 xalı olan "Holştayn Kil" isə 17-ci yerdədir.
"Bayer" - "Holştayn Kil" 2:2
Qollar: Viktor Bonifeys, 4, Yonas Hofmann, 6 - Maks Qeşvill, 45+5, Fiete Arp, 69 (pen)