"Bavariya" satmaq istəmir, maaşını artıracaq

12:34 - 8 Oktyabr 2024

"Bavariya" yarımmüdafiəçisi Camal Musiala ilə yeni müqavilə üzrə danışıqlar aparır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, gənc futbolçu Münhen klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalaya bilər. 

Onun maaşı mövsümə görə 8 milyon avrodan 25 milyon avroya yüksəldiləcək.

Almaniya nəhənginin rəhbərliyi Musialanı satmaq istəmir. 

Musiala 2020-ci ildən “Bavariya”nın əsas komandasında oynayır.

Xəbər xətti