"Bavariya"nın müdafiəçisi Dayotçankul Upamekano Fransa millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Bundesliqanın 6-cı turunda "Ayntraxt”la( Frankfurt) oyunda (3:3) sağ bud nahiyəsindən əzələ zədəsi alıb.
"Bavariya"nın oyunçusunun əvəzinə Millətlər Liqasının oyunları üçün Fransa millisinə "Sevilya"nın müdafiəçisi Loik Bade dəvət edilib.
Upamekanonun iki həftə sonra "Bavariya"ya qayıdacağı gözlənilir.