Minifutbol üzrə Azərbaycanın U-23 milli komandası dünya çempionatında növbəti oyuna çıxıb.
Sportal.az xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan turnirin 1/4 finalında İngiltərə seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Milli komandamız sabah yarımfinal görüşünə çıxacaq.
saytlarin hazirlanmasi