"Təəssüf ki, əvvəlki tsikldə Azərbaycanla oyunlardan cəmi bir xal qazanmışdıq. Bu, onların layiqli rəqib olduğunu göstərir".
Sportal.az xəbər verir ki, bu sözləri Estoniya millisinin baş məşqçisi Yurgen Henn Millətlər Liqasının 3-cü turunda Azərbaycan millisi ilə sabah Tallində keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
O, Azərbaycan millisinin üstün cəhətləri haqda da danışıb: "Təbii ki, sabah asan oyuna ümid edə bilmərik. Yaxşı nəticə əldə etmək üçün hər cəhətdən üstün olmalıyıq. Azərbaycan komandasının sürəti və keyfiyyəti çoxdur və biz bunun qarşısını almalıyıq".
Baş məşqçi komandanın oyunqabağı son məşqinin səhər saatlarına salınaması ilə bağlı sualı da cavabalandırıb: "Çünki axşam qaranlıq olur (gülür). Azərbaycan millisi axşam məşq edir. Bundan əlavə, digər məşqlərimizi də səhərlər etmişik. Bununla toplanışın ritmini saxlamağa çalışdıq. Futbolçular öz klublarında da buna öyrəşiblər”.
Qeyd edək ki, oktyabrın 11-də Tallində keçiriləcək Estoniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq (qol.az).
saytlarin hazirlanmasi