"Bavariya"dan Kimmixlə bağlı qərar

16:58 - 10 Oktyabr 2024

"Bavariya" mövsümün sonunda klubla müqaviləsi başa çatan Yozua Kimmixlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi alman yarımmüdafiəçini komandada saxlayacaq. Bu barədə "Bild" nəşri məlumat yayıb.

29 yaşlı futbolçu ilə yeni sözləşmə barədə razılıq əldə olunub. Kimmixə Manuel Noyerdən sonra komandanın kapitanı olmaq sözü verilib. Qarşıdakı günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, "Bavariya" Yozuo Kimmixi 2015-ci ilin yayında "Ştutqart"dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti