Ulduz futbolçular Braziliya millisində oynamaqdan imtina edə bilər

13:15 - 12 Oktyabr 2024

Braziliya milli komandasında böhran yaşanır.

Sportal.az xəbər verir ki, bəzi məşhur futbolçular ölkələrinin yığmasında oynamaqdan imtina edə bilər. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Buna səbəb Braziliya prezidenti Lulanın açıqlamasıdır. Ölkə başçısı milli komandaya yalnız Braziliya çempionatında çıxış edən futbolçuların çağırılmasını arzuladığını bildirib.

Vinisius, Rodriqo, Rafinya və bir neçə futbolçu milli ilə vidalaşa bilər.

Xəbər xətti