"Qalatasaray"ın futbolçuları Türkiyə millisindən ayrıldı

17:59 - 12 Oktyabr 2024

Türkiyə milli komandasının heyətində ciidi itkilər baş verib.

Sportal.az xəbər verir ki, "qalatasaray"ın futbolçuları Kaan Ayhan və Barış Alper Yılmaz yığmanın düşərgəsini tərk edib. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Barış dünən Monteneqro ilə keçirilən matçda (1:0) zədələnib. Kaan Ayhan isə eyni oyunda sarı vərəqə gördüyü üçün cəzalı duruma düşüb.

Qeyd edək ki, Türkiyə seçməsi UEFA Millətlər Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində 14 oktyabr tarixində səfərdə İslandiyanın qonağı olacaq.

Xəbər xətti