"Bavariya" Noyerlə bağlı qərar verdi

16:22 - 13 Oktyabr 2024

"Bavariya" Manuel Noyerlə müqavilə müddətini artırmaq istəyir.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi təcrübəli qolkiperlə danışıqlara start verib. 

38 yaşlı almaniyalının hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. Klub rəhbərliyi Noyerdən müsbət cavab alacağına ümid edir.

"Bavariya" Noyerə namizəd tapmadığı üçün onu buraxmamaqda israrlıdır. 

Almaniya nəhənginin maraq dairəsində “Köln”ün qolkiperi Yonas Urbiq və “Brayton”dan Bart Verbruqqen də var.
 

Xəbər xətti