Haaland üzr istədi: "Noyabr ayındakı matçlarda hədəfimiz 6 xaldır"

21:22 - 14 Oktyabr 2024

Norveç milli komandası UEFA Millətlər Liqasının 4-cü turunda səfərdə Avstriyaya 1:5 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, yığmanın hücumçusu Erlinq Haaland matçdan sonra açıqlama verib. "Mançester Siti"nin forvardı böyükhesablı məğlubiyyətə görə üzr istəyib:

"Mənim üçün çox pis oyun idi. Hər kəsdən üzr istəyirəm. Noyabr ayındakı matçlarda hədəfimiz 6 xaldır".

Qeyd edək ki, Norveç millisi noybar ayında Millətlər Liqası çərçivəsində Sloveniya və Qazaxıstan seçmələri ilə üz-üzə gələcək.

Xəbər xətti