Argentina millisinin hücumçusu Lionel Messi gələcəyi haqda danışıb.
Sportal.az xəbər verir ki, "İnter Mayami"də çıxış edən 37 yaşlı futbolçu yığmada son oyunlarını keçirdiyini bildirib:
"Gələcəyimlə bağlı hər hansı tarix verə bilməyəcəm. Futbolun dadını çıxarıram, karyeramı bitirməyə tələsmirəm. Argentinada olmaq, xalqın dəstəyini hiss etmək məni bir az da motivasiya edir. Amma artıq millidə son matçlarıma çıxdığımı bilirəm".
Qeyd edək ki, Lionel Messi Argentina millisində 2005-ci ilin avqust ayında debüt edib. Ulduz futbolçu yığmada keçirdiyi 189 rəsmi matçda 112 qol və 60 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi