Futbol üzrə Azərbaycan 2-ci Liqasında 7-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Qusar" öz meydanında "Şəmkir"i qəbul edib. Qarşılaşma qərb bölgəsi təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 12-yə yüksəldən "Şəmkir" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 2 xalı olan "Qusar" isə 13-cü yerdədir.
“Qusar” – “Şəmkir” 0:6
Qollar: Rövşən Şahmuradov, 1. Akif Tağıyev, 10. Cavanşir Cavanşirov, 17. Vidadi Cəfərov, 30; 54; 74.