Almaniya Bundesliqasında 7-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Borussiya" doğma meydanda "Sankt Pauli"ni qəbul edib. Qarşılaşma Dortmund təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 13-ə yüksəldən "Borussiya" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 4 xalı olan "Sankt Pauli" isə 16-cı yerdədir.
"Borussiya" - "Sankt Pauli" 2:1
Qollar: Rami Benzebaini, 43, Seru Qirasi, 83 - Erik Smit, 78