“Bayer”(Leverkuzen) aparıcı oyunçusunu itirib.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Amin Adli yarımmüdafiəçi zədə səbəbindən bir neçə ay meydana çıxa bilməyəcək.
O, Çempionlar Liqasının “Brest”lə oyununda (1:1) sıradan çıxıb.
Futbolçunun fibula sümüyü qırılıb və yaxın vaxtlarda əməliyyat olunacaq. Futbolçu ən azı 2025-ci ilin yanvarına qədər meydana çıxmayacaq.
saytlarin hazirlanmasi