"Turan Tovuz" - "Kəpəz" matçında diqqət çəkən məqamlardan biri də, meydan sahiblərinin futbolçusu Ayxan Hüseynovun protokolda yerli futbolçu kimi göstərilməsi olub. Aydınlaşıb ki, bu günə qədər rusiyalı kimi çıxış edən futbolçuya yerli pasport verilib.
Ayxanla bağlı məsələ dəfələrlə gündəmə gəlib. Valideynlərinin azərbaycanlı olduğu qeyd edilən futbolçuya yerli pasportun verilməsinin labüd olduğu barədə danışılıb da, yazılıb da. "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev də yerli status daşıyacağı halda Hüseynova daha çox şans tanıyacağını deyib.
Belə düşünmək olardı ki, milli komandamız üçün də lazımlı futbolçu sayılan Ayxan Hüseynova yerli pasportun verilməsi yığmanın baş məşqçisi Santuşun təşəbbüsü, AFFA-nın müraciəti əsasında gerçəkləşib. Lakin qurumun sözçüsü Elnur Məmmədlinin sportal.az saytına verdiyi məlumata görə, bu məsələdə nə Santuşun, nə də AFFA-nın rolu olub.
Böyük ehtimalla, Ayxan Hüseynov müvafiq strukturlara fərdi qaydada müraciət edib və mövcud qanunvericiliyə uyğun olaraq yerli pasport alıb.
saytlarin hazirlanmasi