"Bizi evdə "Qarabağ"a qarşı çox ağır oyun gözləyir. Rəqib də son illərin dəyişilməz çempionudur. "Qarabağ"ın gücünü hamımız anlayırıq. Ağır olacaq. Biz də çalışacağıq ki, həmin oyuna kimi tam ideal, optimal formada olaq. Yaxşı nəticə qazanmaq üçün buna ehtiyacımız var".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un müdafiəçisi Şəhriyar Əliyev deyib.
Bölgə klubunun kapitanı "Turan Tovuz"un Misli Premyer Liqasının 12-ci turunda qarşılaşacağı "Qarabağ"la görüşdəki şanslarından bəhs edib. Bununla yanaşı, Ağdam təmsilçisinin güclü olduğunu deyib:
"Qarabağ" çox yaxşı komandadır. Həm daxili, həm də avrokuboklarda necə yaxşı komanda olduğunu oyunu ilə göstərir. Onlar da bizimlə oyunu düşünür. "Qarabağ" daim meydana qələbə ruhu ilə çıxır. Ötən mövsüm də belə oldu. Çempion komanda idi, amma Tofiq Bəhramovdakı matçda bizi 4:3 məğlub etdilər. Sona qədər mübarizə apardılar. Çətin olacaq. Çalışacağıq ki, optimal formada olaq və yaxşı mübarizə aparaq. Kurban Berdıyevin verdiyi tapşırıqları yerinə yetirməyə çalışacağıq ki, uğurlu nəticə qazanaq".
Mirbağırağa