Rusiyalı futbol funksioneri Sergey Stepaşin Moskvanın “Lokomotiv” klubunun yarımmüdafiəçisi Aleksey Batrakov haqda danışarkən onu “Neftçi”nin əfsanəvi hücumçusu Anatoli Banişevski ilə müqayisə edib.
Sportal.az “Sport Ekspress”ə istinadən xəbər verir ki, rusiyalı 19 yaşlı yarımmüdafiəçi barədə bunları deyib:
“Bilirsiz, Batrakov mənə kimi xatırladır? “Neftçi”dən və SSRİ yığmasının əfsanəvi forvardı Anatoli Banişevskini. O, “Marakana”da braziliyalıların qapısına baş zərbəsi ilə qol vurmuşdu”. Batrakov 2024-cü ildən “Lokomotiv”in heyətində 18 matça çıxıb və 9 qol vurub.
Xatırladaq ki, Anatoli Banişevski 1964-1978-ci illərdə “Neftçi”nin heyətində 288 oyuna çıxıb 121 qol vurmuşdu. Banişevski SSRİ millisində isə 50 görüşdə 20 qolun müəllifi olmuşdu.
saytlarin hazirlanmasi