Braziliyanın "Fluminense" klubu Marselo ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, 36 yaşlı sol cinah müdafiəçisi ilə imzalanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Marselo dünən ölkə çempionatının "Qremio" ilə matçında (2:2) baş məşqçi Menezes ilə mübahisə edib.
Təcrübəli futbolçu oyuna daxil olarkən baş məşqçinin ona verdiyi taktiki tapşırıqlara etiraz edib. Buna görə də Menezes dəyişikliyi ləğv edib və Marselonu meydana buraxmayıb.
saytlarin hazirlanmasi