"Sumqayıt"ın futbolçusu Tresor Mossi Burundi millisinə dəvət alıb.
Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində 14 və 19 noyabr tarixlərində müvafiq olaraq Malavi və Seneqal ilə oyunlar üçün yığmaya çağırılıb.
Qeyd edək ki, Tresor Mossi 2023-cü ilin yayından "Sumqayıt"da çıxış edir. Futbolçu bu mövsüm "kimyaçılar"ın heyətində 10 rəsmi matçda iştirak edib.
saytlarin hazirlanmasi