"Azərbaycan yığması son aylarda xeyli inkişaf edib"

10:29 - 13 Noyabr 2024

Macarıstanın U-17 yığmasının baş məşqçisi Antal Nemet Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda Azərbaycan, Yunanıstan və Rumıniya yığmalarına qarşı keçirəcəkləri oyunlar haqda danışıb.

Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan macarıstanlı məşqçi millimizlə bağlı da bunları deyib:

“4-cü potdan seçilən Azərbaycan turnirə xüsusilə yaxşı komanda ilə gəlir. Biz onların hazırlıqlarını izləyirik və son aylarda Azərbaycan yığması xeyli inkişaf edib. Ona görə də qrupda hadisələrin inkişafının tamamilə gözlənilməz olduğunu və istənilən komandanın növbəti mərhələyə çıxmaq üçün mübarizə apara biləcəyini söyləmək mümkündür”. Xatırladaq ki, Azərbaycan - Macarıstan oyunu bu gün keçiriləcək.

Xəbər xətti