"Lion" Avropa Liqası Liqa fazasının 5-ci turu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Fransa təmsilçisinin baş məşqçisi Pyer Saj matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bura yaxşı performans nümayiş etdirmək üçün gəlmişik. Hansısa xüsusi ssenari yoxdur. Sabah qələbə qazanmaq istəyirik. Meydanda hər zamankı kimi hərəkət edəcəyik.
- Abdullah Zubir və Yassin Benziaya xüsusi diqqət ayıracaqsız?
- Benzia çox yaxşı formadadır. Onlar Fransada doğulmuş gənc nəsli təmsil edirlər. Amma rəqibin heyətində təkcə Fransadan olan futbolçular yoxdur. Oyunumuzu "Qarabağ"ın digər keyfiyyətli oyunçularının üzərində də qurmağa çalışacağıq. Rəqib fiziki hazırlığı yerinə olan komandadır. "Ayaks"la matçda qırmızı vərəqə onların oyununa təsir etdi. Sabah "Qarabağ"a qalib gəlməyə çalışacağıq.
- "Qarabağ" Fransa komandalarına qarşı 11 oyun keçirib. Bu matçlardan hansını izləmisiz?
- Təhlil edərkən onların xüsusilə avrokubok oyunlarını izləmişik.
- Hansı sistemlə oynayacaqsınız?
- Bu, rəqibin bizə nə qədər imkan verməsindən asılıdır.
- Vilfred Zahanın az oynamasının səbəbi nədir?
- Onun göstərdiyi performansla bağlıdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi